İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq

2023/01/orxan-3349623238.jpg
Oxunub: 321     20:38     27 Yanvar 2023    
Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə onun yaxınları bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran  


Bizi "telegram"da izləyin