Ceyhun Bayramovla Özbəkistan XİN rəhbəri əvəzi arasında telefon danışığı olub

2023/01/1674833626.jpg
Oxunub: 252     19:22     27 Yanvar 2023    
Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN-dən Ordu.az-a verilən məlumata görə, Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına baş sağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Özbəkistan  


Bizi "telegram"da izləyin