Finlandiya səfirliyi: Azərbaycanın İrandakı səfirliyinə terror hücumu dəhşətli faciədir

2023/01/1674833509.jpg
Oxunub: 232     19:15     27 Yanvar 2023    
İnsan həyatına qarşı bütün zorakılıqlar pislənilməlidir.

Ordu.az xəbər verir ki, Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı “Twitter“ paylaşımında belə qeyd olunub. Paylaşımda Azərbaycanın Tehrandakı səfirliyinə hücumun dəhşətli faciə olduğu qeyd edilib.

“Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını diləyirik”, - deyə paylaşımda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Terror  


Bizi "telegram"da izləyin