Moldova parlamentinin spikeri Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb

2023/01/1674830638.jpg
Oxunub: 226     18:42     27 Yanvar 2023    
Moldova Parlamentinin spikeri İqor Qrosu Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində qətlə yetirilən və yaralananlarla bağlı başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə Parlament spikeri "Twitter" hesabında paylaşım edib.

"Azərbaycanın İrandakı səfirliyinin qətlə yetirilən əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirəm ki, ciddi araşdırma aparılacaq, məsuliyyət daşıyanlar və hadisənin motivləri üzə çıxarılacaq. İstənilən ölkənin vətəndaşları özlərini təhlükəsiz və müdafiə olunduğunu hiss etməyə layiqdir", - spiker bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   İran   Terror  


Bizi "telegram"da izləyin