Naxçıvan Ali Məclisi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib

2023/01/00da4-1674828004.jpg
Oxunub: 270     17:59     27 Yanvar 2023    
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını şiddətlə pisləyib.

Ordu.az xəbər verir ki, Ali Məclis diplomatik nümayəndəliyin mühafizə xidfmətinin rəisinin həlak olmasına görə başsağlığı verib:

"Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyir, səfirliyin həlak olan mühafizə xidmətinin rəisi baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik", - Ali Məclisin açıqlamasında vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Iran  


Bizi "telegram"da izləyin