Hikmət Hacıyev Britaniya səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

2023/01/8fa3e-1674827136.jpg
Oxunub: 283     17:44     27 Yanvar 2023    
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auldla görüşüb.

Ordu.az xəbər verir ki, bunu britaniyalı diplomat tviterdə yazıb.

"Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik", - səfir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin