Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze “Facebook”da yazıb.
“Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi adından, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşının qətlə yetirilməsi ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücum nəticəsində yaralananlara şəfa diləyirik” – diplomat qeyd edib.
Ordu.az