Zaxarova: Aİ-nin Ermənistanda möhkəmlənmək cəhdləri regionda sülh səylərinə zərər vurmağa qadirdir

2020/11/5b5b0-1605265777.jpg
Oxunub: 259     17:14     27 Yanvar 2023    
Avropa İttifaqı missiyasının bəyan olunan mülki xarakteri Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində ümumi siyasəti çərçivəsində formalaşır. Gəlin hər şeyi öz adı ilə çağıraq. NATO Avropa İttifaqı adı altında müxtəlif dünya məsələlərində öz rolunu pərdələyir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Aİ-nin Ermənistan Azərbaycan sərhədinə müşahidəçi missiyası göndərməsi qərarı ilə bağlı verilən suala cavabında bildirib.

O, Avropa İttifaqının missiyasında mülki ifadəsinə aldanmamağın vacib olduğunu söyləyib. Zaxarova Aİ-nin müşahidə missiyası pərdəsi altında NATO-nun hərbçilərinin olduğuna eyham vurub. “Avropa İttifaqının Ermənistanda möhkəmlənməsi cəhdləri, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri ermənilərin və azərbaycanlıların köklü maraqlarına, regionun sülh yolu ilə inkişafı ilə bağlı səylərinə zərər vurmağa qadirdir. Əminik ki, yaxın gələcəkdə regionda sabitliyik və təhlükəsizliyin əsas faktoru Rusiya sülhməramlı kontingenti və Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçiləridir”, deyə Rusiay XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin