Ordu.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı "Twitter" paylaşımında bildirib.
"Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu şiddətlə qınayıram. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə, xarici işlər naziri Ceyhun Bayramova və Azərbaycan XİN-dəki bütün həmkarlarıma başsağlığı verirəm", -Rinkeviçs bildirib.
Ordu.az