Fransadakı Azərbaycanın Dostları Assosiasiyası İrandakı səfirliyə hücumu pisləyib

2023/01/2023_-1674824767.jpg
Oxunub: 8193     17:05     27 Yanvar 2023    
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyib.

Bu barədə Ordu.az-a assosiasiyadan məlumat verilib.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar.

“Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. Biz təcavüzkarı nəzarət altına almağı bacarmaqla qırğına son qoymuş əməkdaşlardan birinin qəhrəmanlığını və cəsarətini xatırlamalıyıq.

Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvləri həlak olan səfirlik əməkdaşının ailəsinə, eləcə də bu çətin dövrdə xüsusi həssaslıqla yanaşdığımız bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, - bəyanatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran  


Bizi "telegram"da izləyin