Rusiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı verib

2023/01/2023_-1674823203.jpg
Oxunub: 238     16:42     27 Yanvar 2023    
"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı Orxan Əsgərovun ölüm xəbəri bizə çox pis təsir etdi".

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyi “Telegram”da yazıb.

“Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli araşdırılacaq və günahkarlar cəzalandırılacaq” – səfirlik qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin