ABŞ 10 Noyabr bəyanatının tərəfi deyil və bu, hamıya məlum olan faktdır. Bununla belə, ABŞ Minsk Qrupu adlanan və artıq öz dövrünü başa vuran təşkilatın tərəfidir. Qrup ATƏT-in 1992 və 1994-cü il qərarları ilə yaradılıb və 1997-ci ildə həmsədrlik formatı kimi müəyyən edilib. Həmin qərarlar və mandat bu gün də qüvvədə qalır.
Ancaq Minsk Qrupu de-fakto fəaliyyətini dayandırıb, lakin mandat de-yure mövcuddur, ləğv edilməyib. Rusiya, ABŞ və Fransa bu vasitəçilik mandatının tərəfi olmaqda davam edirlər.
Ermənistan ABŞ-ın bu açıqlamasını Minsk Qrupunun yenidən canlandırılması kimi qələmə verir. Ancaq Blinkenin danışıqlarda iştirak etməsi Minsk Qrupu formatında həyata keçirilmir, ABŞ burada birbaşa ölkə kimi vasitəçilik edir. Odur ki, ermənilərin Minsk Qrupunun “dirçəltməsi” cəhdləri faydasızdır.
Aqil Məmmədov
Ordu.az