Ordu.az xəbər verir ki, İran ermənisi olan siyasi şərhçi Movses Keşişyanın sözlərinə görə, İran regionda öz təsirini saxlamağa çalışır və bu mənada qonşuları ilə problemsiz irəliləmək istəyir.
“Həmin görüşdə İranın xarici işlər naziri də eyni lüğətlə çıxış edərək Azərbaycanın İran üçün, ikitərəfli əlaqələrin Tehran üçün dəyərli olduğunu vurğulayır. Eyni zamanda İran üçün qırmızı xətt olan ən mühüm məqam, bölgədə sərhədlərin dəyişdirilməməsi problemi vurğulanır. Bu bizim üçün ən vacib məqamdır, qalanı ikinci dərəcəli, adi protokol danışıqlarıdır”, - deyə o qeyd edib.
Keşişyan bildirib ki, Abdullahian regionun bütün ölkələrinin ərazi bütövlüyünü dəstəklədiklərini, təbii olaraq Azərbaycanı da nəzərdə tutduğunu vurğulayıb.
“Lakin o, çıxışında bütün region ölkələrinin ərazi bütövlüyünün çox önəmli olduğunu bildirir”, - deyə o vurğulayıb.
Azərbaycan-İran gərginliyindən danışan Keşişyan qeyd edib: “İran tərəfi açıq şəkildə bildirir ki, əgər Bakı İranla Rusiya arasında körpü rolunu oynamaq, Şimal-Cənub deyilən yerdə rola malik olmaq və iştirak etmək istəyirsə, regionun sərhədləri ilə bağlı hər iki tərəfin müəyyən etdiyi məqamları qəbul etməlidir”.
Alpər Mövludoğlu
Ordu.az