Ordu.az xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
Onun sözlərinə görə, Rusiya heç vaxt demokratiyanın beşiyi kimi parlamayıb.
Mkrtçyan qeyd edib ki, müharibədən sonra Rusiya daha qəddar idarəetmə modelinə keçib.
Erməni icmasının fəaliyyətinə toxunan erməni politoloq qeyd edib: “Ara Abrahamyan, Ermənilər Birliyinin sədri kimi onun adı yaxşı səslənir, amma hərəkət etmir. Bizim Rusiyada güclü icmamız yoxdur, Ermənilər Birliyi fəaliyyət göstərmir. Erməni icmasında olanlar əsasən biznes elitasının nümayəndələridir. Rusiya erməniləri qorxu mühitini aradan qaldırmadığı üçün Ermənistan bundan heç bir fayda gözləməməlidir. Təkcə Rusiyada 3 milyona yaxın erməninin yaşaması və icmanın öz kimliyini qoruyub saxlamaq şansının olmaması həmin dövlətin siyasətindən xəbər verir. Rusiya qarşısına bütün yeni (yəni gəlmə - red.) xalqları assimilyasiya etmək vəzifəsini qoyub. Həm Rusiya, həm də Türkiyə Ermənistan üçün düşmənçilik hərəkətləri edir, amma Türkiyədə erməni kimliyi qorunub saxlanılır”, - deyə Mkrtçyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az