“Azərbaycanın tələbinin nə dərəcədə təmin oluna biləcəyi təfərrüatlardan asılıdır” - Qazaryan

2023/01/1674815052.jpg
Oxunub: 391     19:14     27 Yanvar 2023    
Azərbaycan hökuməti Ermənistana qarşı iddianın əsas sənədini beynəlxalq məhkəməyə təqdim edib. Azərbaycan tərəfi təqdim olunan sübutlar əsasında Ermənistanın məsuliyyəti ilə bağlı vəsatətin təmin edilməsini tələb edir.

Ordu.az xəbər verir ki, erməni hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis Ara Qazaryanın sözlərinə görə, azərbaycanlılar Ermənistanın ratifikasiya etdiyi irqi ayrı-seçkiliyə dair konvensiya ilə gedirlər.

O bildirib ki, bununla daha ətraflı tanış olmaq lazımdır, çünki orada çoxlu problemlər var.

Ermənistanın necə reaksiya verməsi, Azərbaycanın tələbinin nə dərəcədə təmin oluna biləcəyinə gəlincə, Qazaryan qeyd edib ki, bu, təfərrüatlardan asılıdır.

Erməni hüquqşünas iddia edib ki, bu proses uzun, təxminən 10-15 il çəkəcək, çünki bunları sübut etmək çox çətindir.

“Sadəcə onu deyə bilərəm ki, bu, çox vaxt aparacaq və böyük ehtimalla Ermənistan da belə bir iddia ilə çıxış edəcək”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin