Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə qadın gətirilir?

2023/01/1674814846.jpg
Oxunub: 357     17:59     27 Yanvar 2023    
Ermənistanın İnsan Hüquqları üzrə keçmiş Müvəkkili (Ombudsman) Kristinne Qriqoryanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsində Ermənistanda akkreditə olunmuş bir neçə səfirin böyük rolu olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, onlardan bəziləri Ermənistan Baş naziri Nikol Paşinyana Kristine Qriqoryan bu vəzifəyə təyin olunarsa, Ermənistana hər cür köməklik göstərəcəklərini və yeni yaradılmış strukturun inkişafına töhfə verəcəklərini bildiriblər.

“Bütün bunları nəzərə alaraq, habelə qarşılıqlı müzakirələr və razılıq nəticəsində Qriqoryanın namizədliyi qərara alınıb, bundan sonra Kristine Qriqoryan Ombudsman vəzifəsindən istefa verib. Qeyd edək ki, müstəqil quruma rəhbərlik edən Kristine Qriqoryan Baş nazirə tabe qurum olan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olmağa hazırlaşır. Bu, həmin strukturun nizamnaməsində açıq şəkildə göstərilib: “Xidmətin rəhbəri bilavasitə Baş nazirə tabedir və ona hesabat verməlidir”. İnsan Hüquqları üzrə Müvəkkil isə müstəqil vəzifəli şəxsdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XKX  


Bizi "telegram"da izləyin