Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan deyib.
Onun sözlərinə görə, Laçın yolu problemindən əvvəl Ermənistan hökuməti öz ev tapşırığını yerinə yetirməmişdi.
“Bu, böhrandır, onun həllində bir sıra beynəlxalq aktorlar iştirak edir. Ermənistan Laçının təhvil verilməsinə razı ola bilməzdi, lakin onlar səssizcə razılaşdılar”, - deyə Melikyan qeyd edib.
Melikyan KTMT mövzusuna toxunaraq qeyd edib ki, Ermənistan KTMT-yə müraciət etməklə təmas xəttində müşahidə aparmaq yox, Ermənistan-Azərbaycan sərhədi məsələsini gündəmə gətirir.
“KTMT müşahidəçiləri nə etməyə gəlirlər, müttəfiqlik öhdəlikləri harada qaldı? Rusiyadan tələb olunan təmas xəttində müşahidə aparılması deyil, KTMT-nin dəqiq mövqeyidir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az