Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun nəşi Azərbaycana gətiriləcək

2023/01/xin-1674806806.jpg
Oxunub: 280     12:06     27 Yanvar 2023    
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi ən qısa zamanda Azərbaycana gətiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi qətlə yetirilib, daha iki nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Səfirlik  


Bizi "telegram"da izləyin