Azərbaycan səfirliyinə hücum terror aktıdır

2023/01/62851-1674806378.jpg
Oxunub: 225     11:57     27 Yanvar 2023    
Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə məlumat verib.

Ordu.az bildirir ki, Tehranın polis rəisinin məlumatı tamamilə əsassızdır, səfirliyə hücum terror aktıdır.

İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində baş verən hadisə kimi təqdim edir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin