Şimali Kiprin XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

2023/01/thumb-1674805058.jpg
Oxunub: 270     11:37     27 Yanvar 2023    
"Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram".

Ordu.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb.

"Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin", - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr  


Bizi "telegram"da izləyin