BQXK-nın daha 7 avtomobili Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

2023/01/63d37-1674802209.jpg
Oxunub: 368     16:49     27 Yanvar 2023    
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Ordu.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 14-ə çatıb.

***
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Ordu.az xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik, bir yük maşını Xankəndidən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Aksiya  


Bizi "telegram"da izləyin