Qəzza zolağından İsrailə 2 raket atılıb

2021/09/irakt-1631335284.jpg
Oxunub: 183     03:20     27 Yanvar 2023    
Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək zərərsizləşdirilib.

Qeyd edək ki, bir müddət öncə gecə saatlarında ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə əraziyə hava hücumu sirenlərinin işə salındığını bildirmişdi. Həyəcan siqnalının Aşkelon şəhərində, Zikim və Kərmiyə qəsəbələrində elan edildiyi qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin