Yanğında ölmüş erməni əsgərin atası: “Qəsdən ediblər, bilmirəm niyə, kim və ya kimlər edib, bilsəm, həmin insanı öz əlimlə öldürərəm”

2023/01/hrdeh-1674731054.jpg
Oxunub: 461     20:55     26 Yanvar 2023    
Yanvarın 19-da Göyçə vilayətinin Ağkilsə kəndində yerləşən mühəndis-istehkam bölüyünün sığınacağında baş vermiş yanğın nəticəsində ölmüş 19 yaşlı erməni əsgər Hamlet Davtyanın atası rəsmi versiyaya inanmır.

Ordu.az-ın məlumatına görə, rəsmi versiyada qeyd olunur ki, yanğın kapitanın ehtiyatsızlığı ucbatından, 5 litrlik qabda olan benzini sobaya tökməsi nəticəsində baş verib.

“Düşünürəm ki, uşaqlar öldürülüb. Onlar bunu qəsdən ediblər. Bilmirəm niyə, kim və ya kimlər edib, bilsəm, həmin insanı öz əlimlə öldürərəm. Meyitxanaya daxil olan qohumlarım görüblər ki, Hamletim və oğlanlardan bir neçəsi ayaqqabıda və hərbi geyimdə olub. Onlar nə qədər yorğun olmalı idilər ki, hamısı geyimi çıxarmadan bir anda yatmağa uzanıblar? Heç olmasa bəziləri oyaq qalardı. Hamısı birdən gəliblər və yuxuya gediblər? Ola bilsin ki, izlərini itirmək üçün zəhərləyiblər və yandırıblar. İynə barmağına girsə, ağrı hiss edirsən, deyilmi, bəs od oğlanlara necə çata bilərdi, necə onlardan biri oyanmadı? Bu, uydurma işdir, hər gün aldadırlar, amma aldada bilmirlər. Anım günü Müdafiə Nazirliyinin bir neçə məmuru gəldi, qardaşlarım sual verdilər, cavab verə bilmədilər, araşdırırıq dedilər, getdilər”, - deyə Hamletin atası Spartak Davtyan bildirib.

Spartak Davtyan fikirləşir ki, evin pəncərəsində dəmir barmaqlıqlar olmasaydı, erməni hərbi qulluqçular əlləri ilə şüşəni sındıra bilərdilər və heç olmasa bir neçəsini xilas etmək mümkün olardı.

“Sentyabr döyüşlərindən sonra oğlumun hərbi hissəsi partladılanda özləri o sığınacağa köçürüblər, amma sığınacaq yox, tövlə olub”, - deyə Hamletin atası əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yanğın  


Bizi "telegram"da izləyin