“Atmaca”lar gözləmədə| Türkiyənin almaq istədiyi “Type 23” freqatları nəyə qadirdir? – ARAŞDIRMA

2023/01/1674649483.jpg
Oxunub: 930     13:32     26 Yanvar 2023    
Bir neçə gün əvvəl Türkiyə mətbuatında ölkənin Britaniyadan “Type 23” sinfinə məxsus freqatlar almaq istədiyi barədə məlumatlar yayılıb. Hələlik müqavilə imzalanmayıb, Türkiyə Hərbi Dəniz Qüvvələrinin texniki qrupu gəmiləri araşdırmağa başlayıb.

Freqatların işləmə prinsipi

“Type 23” (Duke) sinif freqatlarının əsas məqsədi Sualtı Gəmi Əleyhinə Müharibə (DSH) missiyalarını yerinə yetirməkdir. Bu məqsədlə istehsalına başlanılan gəmilərdə DSH tipli xüsusi tapşırıqlar üçün hazırlanmış pər sistemi var. Beləliklə, “Type 23” pərləri daha sakit işləyə bilir. Səssiz əməliyyat və güclü dinləmə qabiliyyəti DSH missiyasını yerinə yetirən gəmi üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan “Type 23”lərin yaxşı xüsusiyyətlərə malik olduğunu söyləmək olar.

Freqatların tarixi, xərcləri və istehsalı

“Duke” sinfinə məxsus freqatların tikintisi 1985-ci ildə başlanıb, sonuncu gəmi 2001-ci ildə Kral Donanmasına təvhil verilib. 2005-2006-cı illər arasında İngiltərənin bir müddət qəbul etdiyi inventarını azaltma qərarı səbəbiylə Çili Dəniz Qüvvələri üçün 16 ədəd “Type 23” freqat istehsal edilib və 3 ədəd “Type 23” satılıb. Sinfin ilk gəmilərinin qiyməti təxminən 140 milyon funt sterlinq, sonuncu sinif gəmilərinin qiyməti isə 80 ilə 90 milyon funt sterlinq arasındadır.


Britaniya donanmasında aktiv xidmətdə olan “Type 23”lər və onların orta yaşı

“Type 23”ü yoxlayan texniki qrup “yaşıl işıq” yandırarsa və Böyük Britaniya ilə razılaşarsa, Türkiyənin alacağı gəmilərin orta hesabla neçə yaşı olacaq? Bu suala cavab tapmaq üçün inventarda olan gəmiləri və xidmətə girmə tarixlərini araşdıraq.

“Duke” freqatları:

(F-229) HMS Lancaster (1990-cı ildə istismara verilib, 33 yaş)
(F-231) HMS Arglly (1991-ci ildə istismara verilib, 32 yaş)
(F-234) HMS Iron Duke (1993-cü ildə istismara verilib, 30 yaş)
F-236) HMS Montrose (1994-cü ildə istismara verilib, 29 yaş)
(F-237) HMS Westminster (1994-cü ildə istismara verilib, 29 yaş)
(F-238) HMS Northumberland (1994-cü ildə istismara verilib, 29 yaş)
(F-239) HMS Richmond (1995-ci ildə istismara verilib, 28 yaş)
(F-82) HMS Somerset (1996-cı ildə istismara verilib, 27 yaş)
(F-81) HMS Sutherland (1997-ci ildə istismara verilib, 26 yaş)
(F-78) HMS Kent (2000-ci ildə istismara verilib, 23 yaş)
(F-83) HMS St Albans (2000-ci ildə istismara verilib, 23 yaş)
(F-79) HMS Portland (2001-ci ildə istismara verilib, 22 yaş)

Yuxarıda gördüyünüz kimi, Çili Hərbi Dəniz Qüvvələrinə satılan və istismardan çıxarılan gəmilər istisna olmaqla, cəmi 12 gəmi Kral Donanmasına xidmət edir. Bu gəmilərin orta yaşı təxminən 27-dir. Yaşı getdikcə artan və orta yaş həddi 40-ı keçən “Gabya” sinifli freqatları nəzərə alsaq, milli sistemlərin inteqrasiyası nəticəsində “Duke” sinifli freqatlar alınarsa, onların 2035-2040-cı ilə qədər Türkiyədə istifadə oluna biləcəyini qiymətləndirmək olar. “Type 23”lər TF-2000 Hava Hücumundan Müdafiə esminesləri inventarlaşdırılana qədər (yenə 2035-2040-cı illərdə) müvəqqəti həll rolunu oynaya bilər.


Gəmilərin modernizasiyası

“Type 23” gəmiləri hər gəmi üçün təxminən 20 milyon funt sterlinqə başa gələn yarım ömür modernizasiyasından keçib. Bu modernləşdirmə prosesi hər gəmiyə təxminən bir il yarıma başa gəlib. Modernləşmə çərçivəsində 10 km mənzilli “Sea Wolf” hava hücumundan müdafiə raketləri, 25 km mənzilli “Sea Captor” raketləri ilə, GWS26 şaquli buraxılış sistemi isə 32 raket daşıyan GWS35 sistemi ilə əvəz edildi. Bundan əlavə, 2023-cü ildən etibarən 8 ədəd “Harpoon” gəmi əleyhinə raketin 11 ədəd “Naval Strike” gəmi əleyhinə raketlə əvəzlənməsi planlaşdırılır.

Türkiyə “Type 23”lərə hansı modernləşməni tətbiq edə bilər?

“Type 23” sinifli freqatlardakı “BAE Systems” şirkətinin istehsalı olan 114 mm-lik “Mark 8” topu Türkiyə Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinə tamamilə yaddır. Çünki 114 mm-lik sursat Türkiyə Silahlı Qüvvələrində yoxdur. Türkiyə bu topu əvvəlcə MKE-nin istehsalı olan 76 mm-lik Dəniz Topu ilə əvəz edə bilər. 76 mm diametrli silahlar Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən platformalarda geniş istifadə olunur.

8 “Harpoon” Gəmi Əleyhinə Raketləri 8 və ya 16 “Atmaca” raketləri ilə dəyişdirilə bilər. Bu gün modernləşdirilmiş “Barbaros” sinfinə məxsus freqatlarındakı 8 “Harpoon” Gəmi Əleyhinə Raketləri 16 “Atmaca” Gəmi Əleyhinə Raketlərlə əvəzlənməkdədir.


Yaxın hava hücumundan müdafiə sisteminin olmaması “Duke” sinifli freqatların zəif tərəfi ola bilər. Türkiyənin MKE şirkəti tərəfindən hazırlanmış “Gökdeniz” yaxın hava hücumundan müdafiə sistemi gəmiyə inteqrasiya edilə bilər. “Phalanx” da bu məqsədlə istifadə edilə bilər.

Radar və elektron sistemlər olaraq ASELSAN məhsulları “Type 23” sinifinə inteqrasiya edilə bilər. Bundan əlavə, döyüş gəmiləri üçün ən vacib məsələ olan Döyüş İdarəetmə Sistemi olaraq HAVELSAN tərəfindən Türkiyə HDQ ilə birgə hazırlanmış ADVENT-dən istifadə edilə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Britaniya   Type-23  


Bizi "telegram"da izləyin