Erməni hərbi qulluqçunun yaxını: “Türklər “Yaşma, Yaşma” deyib danışdılar, dərhal titrəməyə düşdüm”

2023/01/fdg45-1674467780.jpg
Oxunub: 4487     16:43     23 Yanvar 2023    
Sentyabr hadisələri zamanı məhv edilmiş erməni hərbi qulluqçulardan biri də Vigen Avaqyandır.

Ordu.az xəbər verir ki, Vigenin ailəsi sərhəddə yerləşən Kiçik Məzrə kəndində yaşayır.

Evdə döyüş mövqelərindən atışma səsləri eşidilib. Ailə sentyabrın 13-də başlayan müharibədən və Vigenin təhlükədə olmasından dərhal xəbər tutub.

Hərbi əməliyyatlar sentyabrın 12-dən 13-nə keçən gecə başlayıb. Liana əri ilə sonuncu dəfə gecə saat 2-də danışıb.

Vigen Avaqyan müqaviləli hərbi qulluqçu, baş çavuş olub. O, 10 ildən artıq Ermənistan ordusunda qulluq edib. Buna qədər Qarabağda, Ömər Aşırımında olub.

Sentyabrın 13-də saat 16:00 radələrində qadın Vigenin telefon nömrəsinə zəng vursa da, telefona Azərbaycan Ordusunun hərbi qulluqçuları cavab verib.

“Zəng edəndə dedim ki, Vigen, nə var, nə yox, bircə yaxşı olduğunu de. Türklər “Yaşma, Yaşma” deyib danışdılar, dərhal titrəməyə düşdüm. Telefonu götürüb atama verdim, azərbaycanca bilirdi... Dedilər ki, hamını məhv ediblər. Dünya başımıza uçdu”, - deyə erməni hərbi qulluqçunun həyat yoldaşı bildirib.

Ailə qeyd edir ki, Vigenin fəaliyyəti dövlət qurumları tərəfindən qiymətləndirilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sentyabr-döyüşləri   Ermənistan   Təxribat   Ölüm  


Bizi "telegram"da izləyin