MDU kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

2023/01/mdu_k-1674148234.jpg
Oxunub: 221     20:19     19 Yanvar 2023    
2022-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Mingəçevir şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

MDU kollektivi 20 Yanvar hadisələri zamanı Şəhid olmuş günahsız insanların əziz xatirəsinə həsr olunmuş abidə kompleksini və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edərək gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin