Ordu.az xəbər verir ki, satış prosesi Xarici Hərbi Satış yolu ilə həyata keçirilib.
“Boeing” şirkəti Misir Hərbi Hava Qüvvələrinə 2026-cı ildən etibarən 12 ədəd CH-47F “Chinook” helikopteri təhvil verəcək.
CH-47F hazırda Türkiyə Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı da daxil olmaqla ümumilikdə 19 ölkə tərəfindən istifadə olunur. “Boeing” bu günə qədər 950-dən çox CH-47F tədarük edib.
Sevinc Əliyeva
Ordu.az