Ordu.az xəbər verir ki, Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.
Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.
Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.
Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.
Ordu.az