TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada tarixi yerləri ziyarət edib - YENİLƏNİB

2022/12/455-1671608384.jpg
Oxunub: 517     12:46     21 Dekabr 2022    
Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada "Güllələnmiş heykəllər"i ziyarət edib.

Ordu.az xəbər verir ki, qonaqlar həmçinin Şuşa qalasında olublar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov nümayəndə heyətinə Şuşanın tarixi, ziyarət olunan yerlər, işğal dövründə ermənilərin şəhərdə törətdikləri vəhşiliklər və hazırda həyata keçirilən tikinti-yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Ziyarətdən sonra diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçiriləcək.

*****

Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Şuşaya səfəri başlayıb.

Ordu.az xəbər verir ki, nümayəndə heyəti şəhərin tarixi məkanlarını ziyarət edəcək, işğal dövründə ermənilərin törətdikləri dağıntılara baxacaq, şəhərdə aparılan tikinti-yenidənqurma işləri ilə tanış olacaqlar.

Daha sonra diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçiriləcək. Bu tədbir ötən gün Bakıda başlayıb və Şuşada davam etdiriləcək.

Nümayəndə heyətinə Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun beynəlxalq şöbəsinin müdiri Kalıbek Koblandin, və Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Şuşa  


Bizi "telegram"da izləyin