Qaribaşvili: "Gürcüstan Ukraynadakı müharibədə heç vaxt iştirak etməyəcək"

2022/03/78979-1647532629.jpg
Oxunub: 297     18:55     07 Dekabr 2022    
Gürcüstan Ukraynadakı müharibədə heç vaxt iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. O, rəsmi Tbilisinin Ukraynaya hərbi yardımla bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.

"Hərbi yardımlarla bağlı, biz aydın və birmənalı olaraq bunu etməyəcəyimizi dedik. Biz bu müharibədə iştirak etməyəcəyik. Bu bizim aydın mövqeyimizdir. Biz öz vətəndaşlarımıza görə məsuliyyət daşıyırıq”, - deyə Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın Ukraynaya min tondan çox humanitar yardım göndərdiyini, 190 ölkə arasında Gürcüstanın Ukraynaya ən çox humanitar yardım göstərən ölkə olduğunu qeyd edib və əlavə edib ki, Gürcüstanda indi də ukraynalı qaçqınlara yardım edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Gürcüstan-Ukrayna  


Bizi "telegram"da izləyin