Rusiya Ukraynanın Kuraxov şəhərinə zərbələr endirib, ölənlər və yaralananlar var

2022/12/1670426542.jpg
Oxunub: 344     18:54     07 Dekabr 2022    
Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirib, ölənlər və yaralananlar var.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında bildirib.

"Terrorçular dinc Kuraxov şəhərinə hücum ediblər. Bazar, avtovağzal, yanacaqdoldurma məntəqəsi, yaşayış binaları atəşə tutulub. Ən azı 6 mülki şəxs həlak olub, 5-i yaralanıb", - Ukrayna Prezidenti qeyd edib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Kiril Timoşenko isə bildirib ki, Rusiya qüvvələrinin reaktiv raket sistemlərindən istifadə edərək Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirməsi nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin