Ordu.az xəbər verir ki, o, 2021-ci ilin dekabrında Azərbaycanda saxlanılan 5 Ermənistan vətəndaşının qaytarılmasında Macarıstanın vasitəçi rolunu qeyd edib.
Mirzoyan koronavirusla mübarizədə rəsmi Budapeştin rolunu da vurğulayıb.
O, Macarıstan hakimiyyətinin koronavirusla mübarizədə Ermənistana köməyini də unutmadıqlarını diqqətə çatdırıb: “Səhv etmirəmsə, bizə 100 min doza vaksin verilmişdi. Bu da bir çox həyatı xilas etdi”.
Ararat Mirzoyan yaxın vaxtlarda qarşılıqlı şəkildə səfirlərin təyin olunacağını da vurğulayıb.
Xatırladaq ki, ATƏT-in XİN başçılarının Varşavada keçirilən forumunda Ararat Mirzoyan və Macarıstan XİN başçısı Peter Siyarto 2012-ci ildə dondurulmuş diplomatik münasibətlərin bərpası barədə razılıq əldə edib.
Ordu.az