Britaniya yüksək qiymətinə görə A400M hərbi nəqliyyat təyyarələrinin alışını dayandırır

2022/12/ingil-1670413455.jpg
Oxunub: 408     17:55     07 Dekabr 2022    
Britaniya Müdafiə Nazirliyi Kral Hərbi Hava Qüvvələrinin yeni büdcə planlaması ilə əlaqədar “Airbus” tərəfindən hazırlanmış A400M hərbi nəqliyyat təyyarəsi üçün əlavə sifarişləri ləğv etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, Nazirlik bu qərarı təyyarələrin qiymətinin yüksək olması və əlavə ehtiyaclar səbəbindən büdcədən daha məqsədyönlü şəkildə istifadə etməsi ilə əlaqələndirib.

İstehsalçı “Airbus” şirkəti Britaniya Hərbi Hava Qüvvələri tərəfindən sifariş edilən 22 ədəd A400M təyyarəsindən 21-ni çatdırıb. Sonuncu A400M gələn il təhvil veriləcək.

Britaniya Hərbi Hava Qüvvələri həmçinin C-130 hərbi-nəqliyyat təyyarələri parkını ləğv edəcək. Əvvəlki planda 2030-cu ilə qədər 14 təyyarənin uçması planlaşdırılsa da, istismardan daha tez çıxarılacaq. Kral Hərbi Hava Qüvvələri bu müddət ərzində A400M, C-17 və A330 MRTT-lərdən birlikdə istifadə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: A400M   Britaniya  


Bizi "telegram"da izləyin