İsrail “Lanius” adlı yeni unikal “gəzən sursat”ını təqdim edib

2022/12/1670413308.jpg
Oxunub: 573     17:15     07 Dekabr 2022    
İsraildə yerləşən “Elbit Systems” müdafiə sənayesi şirkəti binaların içərisində hərəkət edə bilən, Süni Zəka texnologiyasına sahib olan “Lanius” adlı yeni “gəzən sursat”ını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Mikro ölçülü PUA müəyyən edilmiş hədəflərə dəqiq zərbə endirə, saatda təxminən 72 kilometr sürətlə hərəkət edə bilir.

PUA əsgərlərin hədəfləri birbaşa görə bilmədiyi insanların sıx olduğu yaşayış məntəqələrində pəncərə və ya qapılardan binalara daxil ola bilir.

“Lanius” şəhər mühitində qısa məsafəli əməliyyatlar üçün nəzərdə tutulub. PUA daxil olduğu yerlərin şəkillərini çəkə və üçölçülü xəritəsini yarada bilər.

PUA üz tanıma sistemi ilə hədəfi görən kimi kamikadze hücumu təşkil edir və daşıdığı partlayıcını işə salır. 7 dəqiqə havada qala bilən və çəkisi 1,25 kiloqram olan PUA 150 qrama qədər sursat daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA  


Bizi "telegram"da izləyin