Yaponiya müdafiə büdcəsi rekord səviyyəyə çatıb

2022/12/Japon-1670413234.jpg
Oxunub: 294     17:09     07 Dekabr 2022    
Yaponiya hökuməti ölkənin Özünümüdafiə Qüvvələrinə 5 il müddətində 318 milyard ABŞ dolları məbləğində ümumi büdcə ayırmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç yapon rəsmisinə istinadən məlumat yayıb.

Yaponiya 2023-cü ildən başlayaraq beş il ərzində müdafiə xərcləri üçün 40-43 trilyon yen (295-318 milyard dollar) ayırmağı planlaşdırır.

Yaponiya rəsmilərinin sözlərinə görə, Müdafiə və Maliyyə Nazirlikləri arasında razılıq tezliklə əldə ediləcək.

Bununla belə, rəsmilər Yaponiyanın ciddi borcu olduğu üçün büdcə ilə bağlı razılaşmanın asan olmadığını və bu büdcənin borcların ödənilməsini daha da çətinləşdirəcəyini vurğulayıblar. Bildirilib ki, son vaxtlara qədər Maliyyə Nazirliyi büdcənin 35 trilyon yen civarında saxlanmasını istəyib.

Yaponiyanın baş naziri Fumio Kişida müdafiə və maliyyə nazirlərinə bildirib ki, Yaponiya Çindən getdikcə daha ciddi təhlükə ilə üz-üzədir, buna görə də müdafiə xərclərini beş il ərzində ümumi daxili məhsulun 2%-nə çatdırmaq planı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Büdcə  


Bizi "telegram"da izləyin