Türkiyə “Kargu” PUA-larını 10 ölkəyə ixrac edib

2022/12/KARGU-1670413039.jpg
Oxunub: 374     16:47     07 Dekabr 2022    
Türkiyənin STM şirkəti tərəfindən hazırlanan “Kargu” kamikadze PUA-sı 10 ölkəyə ixrac edilib.

Ordu.az xəbər verir ki, bu barədə STM-in baş direktoru Özgür Güleryüz “CNN Türk”ə açıqlamasında bildirib.

O, “Kargu”nun qiymət üstünlüyünə diqqət çəkib və bildirib ki, Türkiyə PUA-sı bazarda olan oxşar sistemlərlə müqayisədə dəfələrlə ucuzdur.

“10-a yaxın ölkəyə ixrac edilib, 15 ölkə ilə danışıqlar davam edir”, - deyə Güleryüz qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin bir neçə gün əvvəl “Kargu” PUA-larından Suriyada istifadə etdiyi bildirilib.

“Suriyanın şimalına hücuma hazırlaşdıqları müxtəlif kəşfiyyat və müşahidə vasitələri ilə müəyyən edilən PKK/KCK/PYD-YPG terror təşkilatına mənsub 3 silahlı terrorçu “Kargu PUA-sı tərəfindən zərərsizləşdirilib”, - deyə açıqlamada bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kargu  


Bizi "telegram"da izləyin