Ordu.az xəbər verir ki, bu barədə STM-in baş direktoru Özgür Güleryüz “CNN Türk”ə açıqlamasında bildirib.
O, “Kargu”nun qiymət üstünlüyünə diqqət çəkib və bildirib ki, Türkiyə PUA-sı bazarda olan oxşar sistemlərlə müqayisədə dəfələrlə ucuzdur.
“10-a yaxın ölkəyə ixrac edilib, 15 ölkə ilə danışıqlar davam edir”, - deyə Güleryüz qeyd edib.
Türkiyə Silahlı Qüvvələrinin bir neçə gün əvvəl “Kargu” PUA-larından Suriyada istifadə etdiyi bildirilib.
“Suriyanın şimalına hücuma hazırlaşdıqları müxtəlif kəşfiyyat və müşahidə vasitələri ilə müəyyən edilən PKK/KCK/PYD-YPG terror təşkilatına mənsub 3 silahlı terrorçu “Kargu PUA-sı tərəfindən zərərsizləşdirilib”, - deyə açıqlamada bildirilir.
Sevinc Əliyeva
Ordu.az