Ordu.az xəbər verir ki, hücumda açıq yerdə park edilmiş “Tupolev” Tu-160 və Tu-95MS tipli təyyarələr zədələnib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamalarına görə, hücum zamanı iki Tu-95MS tipli bombardmançı təyyarəyə yüngül ziyan dəyib, texniki heyətdən 3 nəfər həlak olub, 4 işçi yaralanıb.
Nazirliyin açıqlamasına görə, hücumun Ukrayna inventarında olan Sovet İttifaqına məxsus köhnə nəsil PUA sistemləri ilə həyata keçirildiyi açıqlanıb.
Ukraynanın inventarında Sovet dövründən kəşfiyyat üçün nəzərdə tutulmuş Tu-143 adlanan reaktiv mühərrikli sistemlər mövcuddur. Bu sistemlərin son zamanlar qanadlı raketlər kimi hücum məqsədləri üçün istifadə edildiyi bildirilir.
Hadisə zamanı çəkilən təhlükəsizlik kamerası görüntülərində reaktiv mühərriklərin səsi hücumun Tu-143-lər tərəfindən həyata keçirildiyi ilə bağlı ehtimalları təsdiqləyir.
Rusiyanın “Dyagilevo” aviabazası da Ukrayna tərəfindən vurulub. Bazadakı Tu-22 döyüş təyyarələri zədələnərkən, yaralıların da olduğu bildirilir.
1970-ci illərdə dizayn edilmiş Tu-143 Sovet İttifaqı tərəfindən Əfqanıstan və Suriyada İsrailə qarşı əməliyyatlarda kəşfiyyat üçün istifadə edilib. Daha sonra sistem bəzi dəyişikliklərlə qanadlı raketə çevrildi və təxminən 200 kilometr uçuş məsafəsinə sahib oldu.
Sevinc Əliyeva
Ordu.az