ABŞ ordusunun “Black Hawk” helikopterlərini əvəz edəcək yeni helikopter üçün müqavilə imzalanıb

2022/12/1670412740.jpg
Oxunub: 330     16:12     07 Dekabr 2022    
ABŞ ordusunun yeni nəsil helikopter konsepsiyasını tamamilə dəyişdirəcək tenderi “Bell” şirkəti qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İnventarda olan təxminən 2000 ədəd UH-60 “Black Hawk” helikopteri tiltrotor texnologiyası əsasında yaradılan V-280 “Valor” hava vasitələri ilə əvəz ediləcək.

FLRAA adlı proqramı üçün “Bell” və Pentaqon arasında ilkin 1,3 milyard dollarlıq müqavilə imzalanacaq. Konsepsiya aviasiya vasitələri 2030-cu ilə qədər hazırlanacaq.

Əslində, gələcəyin helikopter proqramı iki ayrı sahədə davam edir. FLRAA-da ümumi məqsəd FARA adlı aviasiya vasitələrinin yaradılmasıdır. Hal-hazırda FARA-da “Bell” və “Sikorsky-Boeing” şirkətləri konseptual tədqiqatları üzərində işləyir.

V-280 “Valor” ikisi pilot və iki texniki olan 4 nəfərlik komandaya malikdir. O, tam təchiz olunmuş 14 əsgəri daşıya bilir. Boş çəkisi 8200 kq olan V-280-in maksimum uçuş çəkisi 14 tondur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BlackHawk   ABŞ  


Bizi "telegram"da izləyin