ABŞ donanmasına yeni “Arleigh Burke” esminesi təhvil verilib

2022/12/1670412229.jpg
Oxunub: 282     15:23     07 Dekabr 2022    
ABŞ Hərbi Dəniz Qüvvələrinə “Huntington Ingalls Industries” (HII) şirkəti tərəfindən hazırlanan 34-cü “Arleigh Burke” esminesi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

DDG-123 nömrəli esminesə Birinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində tibb bacısı işləyən və “Hərbi Dəniz Xaçı” ilə təltif edilən ilk qadın olan Lena Sutklif Hiqbenin adı verilib.

Bildirilir ki, “Arleigh Burke” sinfinə məxsus daha 4 gəminin tikintisi şirkətin gəmiqayırma zavodlarında davam edir.

“Arleigh Burke” (AEGIS) sinif idarə olunan raket esminesləri AEGIS Silah Sistemi və SPY-1D çoxfunksiyalı radarları ilə təchiz edilib. Gəmilər İkinci Dünya Müharibəsində vuruşmuş amerikalı zabit admiral Arleiq Byurkun şərəfinə adlandırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arleigh-Burke   ABŞ  


Bizi "telegram"da izləyin