Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Davit Tinoyan deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlar prosesini müəyyən mərhələyə çatdırmağa tələsir.
“Rusiya tərəfinin baxışı sülh müqaviləsi imzalamaq deyil, dəhliz məsələsində müəyyən mərhələyə çatmaqdır. Rusiyanın Azərbaycan üzərində təsir rıçaqları azalıb. Dəhliz onun üçün əlavə rıçaq olacaq”, - deyə Tinoyan qeyd edib.
Tinoyan bildirib ki, İranın çəki kateqoriyası dəhliz probleminin həllində maraqlı olan qüvvələrdən aşağıdır.
Alpər Mövludoğlu
Ordu.az