“Bizim elə bir “müttəfiqimiz” var ki, ondan imtina etsək, başımıza yeni problemlər gətirəcək” - Çakryan

2021/12/chakr-1639563481.jpg
Oxunub: 484     16:21     07 Dekabr 2022    
Cənubi Qafqaz problemi üzrə əməkdaşlıq platformasının “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) yeni iclası hazırlanır, tarix və gündəm razılaşdırılır.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“İndi biz daha bir belə tədbir hazırlayırıq, konkret tarixləri və gündəliyi razılaşdırırıq”, - deyə o bildirib.

Erməni türkşünas Hakob Çakryanın sözlərinə görə, Rusiya öz planlarından əl çəkmir və belə bir formatı həyata keçirmək onun üçün tamamilə faydalıdır.

Çakryan qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun digər iki həmsədrini tamamilə prosesdən kənara çıxarmağı hədəfləyir.

“Bu baş verərsə, Qərbin Cənubi Qafqazda mövcudluğuna son qoyulacaq. Rusiya Putinin geosiyasi planlarını həyata keçirə bilir? Düşünmürəm ki, həyata keçirə bilir. Heç bir sivil ölkə nə Rusiya ilə, nə də Putinlə iş görmək istəmir. Putin rus xalqını da fədakar kütləyə çevirib. Rusiyanın bir sıra şəhərlərində Putinə qarşı təhqirlərlə müşayiət olunan etiraz aksiyalarını xatırlayırıq. Hətta hərbi xidmətə çağırışdan sonra Ukraynaya göndərilən əsgərlər də Putinə bu cür sözlərlə müraciət edirlər. Ac olduqları üçün üsyan edirlər, nə silahları, nə də sursatları var, tanklar yolda qalıb, yanacaqları yoxdur. Əslində o insanlar ölməlidir, bəs nəyə görə? Müharibə bir məqsəd güdməlidir, məqsəd varmı? Putinin şıltaqlıqlarına görə ölmək bir az çox olar. “3+3” formatı Ermənistan üçün təhlükəlidir, amma bizim elə bir “müttəfiqimiz” var ki, ondan imtina etsək, başımıza yeni problemlər gətirəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT   Ermənistan  


Bizi "telegram"da izləyin