Erməni siyasi xadim: “Paşinyan nizamlanma prosesini daxili siyasi maraqlara qurban verdi”

2022/06/99-10-1656581795.jpg
Oxunub: 303     16:09     07 Dekabr 2022    
“Azərbaycan öz alətlərindən istifadə edərək sərt hərəkətləri ilə istədiyinə nail olmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants deyib.

Onun sözlərinə görə, Laçın ətrafında çoxqatlı proses gedir.

“Azərbaycan Qarabağla bağlı beynəlxalq konsensusun olmamasından məharətlə istifadə edir. Azərbaycan 10 noyabr sənədinə qarşı çox ardıcıl mübarizə aparır. Çətin vəziyyət yaranıb ki, bu da Ermənistanın birgə diplomatik səylərini tələb edir. Alma-Ata bəyannaməsini Paşinyan təqdim etdi, o, nizamlanma prosesini daxili siyasi maraqlara qurban verdi. Ermənistan beynəlxalq aktorlar qarşısında məsuliyyət məsələsini formalaşdırmayıb”, - deyə Surenyants qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin