Bosniya və Herseqovina Aİ üzvlüyünə namizəd statusu ala bilər

2022/10/1665588781.jpg
Oxunub: 283     17:56     06 Dekabr 2022    
Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya (BH) Aİ üzvlüyünə rəsmi namizəd statusu verə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Bosniya və Herseqovina islahatlar yolunda yavaş irəlilədiyi üçün uzun müddət belə status ala bilməyib.

Sloveniyanın Baş naziri Robert Qolob çərşənbə axşamı Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkan sammitində çıxış edərək bildirib ki, Bosniya və Herseqovinanın icmaya daxil olması “siyasi qərar” kimi qəbul edilməlidir və bu, “zaman məsələsi"dir. O həmçinin qeyd edib ki, BH-nin namizədlik statusu məsələsində "böyük irəliləyiş" əldə olunub

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BosniyavəHerseqovina  


Bizi "telegram"da izləyin