Zelenski Donbasa gedib: “Bu gün cəbhə xəttində əsgərlərimizləyəm"

2022/11/sdf4s-1669459880.jpg
Oxunub: 237     14:36     06 Dekabr 2022    
“Mən Ukrayna Silahlı Qüvvələr Gününü cəbhə xəttində əsgərlərimizlə qarşılayıram".

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Donbas vilayətinin işğaldan azad olunmuş ərazisinə səfəri çərçivəsində paylaşdığı videogörüntüdə söyləyib.

Dövlət başçısı Silahlı Qüvvələr Gününü Donbasda qeyd etdiyini bildirib: "Biz bu gün Donbasdayıq. Döyüşlərin arealı genişlənib”.

O, Ukraynanın bütün müdafiəçilərinə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin