“Nə qədər ki, Rusiyanın Ermənistan üzərində kölgəsi var, yeni təhlükəsizlik formalaşdırmaq mümkün olmayacaq” - Hakobyan

2022/12/dsfsd-1670318944.jpg
Oxunub: 446     16:40     06 Dekabr 2022    
“Fransa və Hindistan tez-tez özləri üçün vacib olan müxtəlif sahələrdə ünsiyyət qururlar, görünür, Rusiyanın Ukraynaya təcavüzü zamanı baş verənləri təhlil etməyi zəruri hesab ediblər”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna ermənisi olan analitik Marat Hakobyan deyib.

Onun sözlərinə görə, özünü dünyanın ikinci ordusu adlandıran terror qruplaşmasının döyüş meydanında belə məğlubiyyətə uğraması hər zaman baş vermir.

“Rusiyanın Ukraynaya təcavüzü soyqırımı, mülki infrastrukturun dağıdılması, dinc əhaliyə qarşı terror aktları ilə müşayiət olunur. Bütün bunlara baxmayaraq, təcavüzkar döyüş meydanında uduzur və addım-addım geri çəkilməyə məcbur olur”, - deyə Hakobyan qeyd edib.

Erməni analitik vurğulayıb ki, o, Rusiyanı zəifləyən Rusiya deyil, Rusiya adlı partlayan köpük kimi ifadə edərdi.

“Təəssüf ki, hələ hamı bunu hiss etmir və ətalətdən kənar onu bir növ regional varlıq hesab edir. Ermənistanın alternativinə gəlincə, bu, həmişə olub. Əlbəttə, 1994-95-ci illərdə Qərbə tərəf xarici siyasət mövqeyi ideal olardı, lakin indi də hər şey əldən getməyib, Ermənistan yenə də öz iradəsini nümayiş etdirə və nəhayət, Ermənistanla ortaq dəyərlərin mövcud olduğu daha əlverişli mühitə keçə bilər. Rəsmi İrəvan Ukraynadan nümunə götürərək NATO-ya üzv ölkələr və ya alyansa yaxın ölkələr ilə ikitərəfli və ya üçtərəfli ittifaq yarada bilər. Ermənistan yeni təhlükəsizlik arxitekturası çərçivəsində ordusunun islahatını belə təmin edə bilər. Bunlar Fransa, Yunanıstan və Hindistanla kiçik ikitərəfli və üçtərəfli ittifaqlar ola bilər. ABŞ-ın NATO-ya daxil olmayan ölkəsi statusunu axtarmaq mümkündür, lakin bütün bunlar KTMT-dən və Rusiyanın mövcudluğundan qurtulduqdan sonra mümkündür. Nə qədər ki, Rusiyanın Ermənistan üzərində kölgəsi var, Ermənistan üçün yeni təhlükəsizlik formalaşdırmaq mümkün olmayacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin