Erməni ictimai xadim: “Azərbaycan və Türkiyə dəhliz məcburiyyətinə yönəlmiş addımları aktivləşdirib”

2022/12/fghfg-1670318726.jpg
Oxunub: 305     14:53     06 Dekabr 2022    
“Azərbaycan və Türkiyə dəhliz məcburiyyətinə yönəlmiş addımları aktivləşdirib”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Armen Petrosyan bildirib.

Onun sözlərinə görə, dekabrın 3-də Gorus-Xankəndi yolunun bağlanması, Azərbaycan-İran sərhədində başlayan Türkiyə-Azərbaycan hərbi təlimləri, Azərbaycan və Rusiya arasında yüksək səviyyəli fəal danışıqlar bir ortaq ölçüdə nəzərdən keçirilməlidir.

“Bu, bilavasitə Azərbaycan-Türkiyə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə və bununla bağlı maneələrin aradan qaldırılmasına aiddir. Eyni zamanda türklər dəhliz layihəsi ilə bağlı aktorların hər birinə müvafiq mesaj göndərirlər: 1. Ermənistana - Laçın dəhlizinin bağlanması və Qarabağın blokadası təhlükəsi. 2. İrana - ümumtürk proqramlarının həyata keçirilməsinə mane olma halında Türkiyə-Azərbaycanın birgə cavabı. 3. Rusiyaya - Moskvanın dəhlizin erməni hissəsində mühüm rolu, üstəlik, xüsusən mürəkkəb geosiyasi reallıqlar şəraitində Rusiyanın maraqlarından irəli gələn çoxsahəli əməkdaşlıq üçün müxtəlif imkanlar”, - deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin