Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Armen Petrosyan bildirib.
Onun sözlərinə görə, dekabrın 3-də Gorus-Xankəndi yolunun bağlanması, Azərbaycan-İran sərhədində başlayan Türkiyə-Azərbaycan hərbi təlimləri, Azərbaycan və Rusiya arasında yüksək səviyyəli fəal danışıqlar bir ortaq ölçüdə nəzərdən keçirilməlidir.
“Bu, bilavasitə Azərbaycan-Türkiyə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə və bununla bağlı maneələrin aradan qaldırılmasına aiddir. Eyni zamanda türklər dəhliz layihəsi ilə bağlı aktorların hər birinə müvafiq mesaj göndərirlər: 1. Ermənistana - Laçın dəhlizinin bağlanması və Qarabağın blokadası təhlükəsi. 2. İrana - ümumtürk proqramlarının həyata keçirilməsinə mane olma halında Türkiyə-Azərbaycanın birgə cavabı. 3. Rusiyaya - Moskvanın dəhlizin erməni hissəsində mühüm rolu, üstəlik, xüsusən mürəkkəb geosiyasi reallıqlar şəraitində Rusiyanın maraqlarından irəli gələn çoxsahəli əməkdaşlıq üçün müxtəlif imkanlar”, - deyə Petrosyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az