“Beynəlxalq ictimaiyyətin gözündə biz işğalçıya çevrilmişik”“ - Ağazaryan

2021/11/f5e3a-1636101050.jpg
Oxunub: 581     12:32     06 Dekabr 2022    
“Beynəlxalq ictimaiyyətin gözündə biz işğalçıya çevrilmişik”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hovik Ağazaryan deyib.

Onun sözlərinə görə, BMT Ermənistan silahlı qüvvələrinin ərazilərdən çıxarılması ilə bağlı bir sıra qərarlar qəbul edib.

Ağazaryan Ermənistanın əvvəlki hakimiyyətlərinin səhvlərini qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın əvvəlki hakimiyyətləri Qarabağ müharibəsindən sonra atəşkəs sənədini vasitəçi kimi yox, münaqişə tərəfi kimi imzalayıbılar.

“Bundan sonra Qarabağ (qondarma qurum – red.) danışıqlar prosesindən çıxarıldı. Bütün bunlar sonradan bizə problemlər yaratdı. Bu, yalançı vətənpərvərlikdən irəli gəlir və başqa maraqlar üçün istifadə olunub. Əgər biz buna rasional yanaşsaq, o cür edilməməli idi”, - deyə erməni deputat bildirib.

Ağazaryan əmin edib ki, indiki hakimiyyət dövründə yüksək rütbəli məmurların işi sayəsində Ermənistanla Azərbaycan arasında münasibətlərdə problemlər müəyyənləşdirilib.

Erməni deputat vurğulayıb ki, Ermənistanda müxalifət də “Qarabağın müstəqilliyi”nin Ermənistan tərəfindən tanınmasının səhv olduğunu başa düşür.

“Bu gün Ermənistanın “Qarabağın müstəqilliyi”ni tanıması düzgün deyil. Fikrimcə, müxalifət də bunu dərk edir”, - deyə o bildirib.

Ağazaryan qeyd edib ki, yenidən hərbi əməliyyatların başlaması təhlükəsi qalmaqdadır.

“Biz müharibə vəziyyətindəyik və heç kim deyə bilməz ki, hərbi əməliyyatların bərpası təhlükəsi yoxdur. Türkiyə və Azərbaycanın hərbi təlimləri həm də Ermənistanın daxili siyasi həyatının sabitliyini pozmağa yönəlib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Ağazaryan  


Bizi "telegram"da izləyin