Erməni politoloq: “Laçın dəhlizinin özündə də yeni əməliyyatlar gözlənilir”

2022/11/maxre-1668504618.jpg
Oxunub: 643     15:12     06 Dekabr 2022    
Ermənistan mediası yazır ki, dekabrın 3-ü günortadan etibarən bir qrup azərbaycanlı ekoloji problemləri əsas gətirərək Ermənistanı Qarabağla birləşdirən yeganə yolu, Gorus-Xankəndi magistralını bağlayıb.

Qeyd olunur ki, Qarabağda Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə danışıqlar üç saat davam edib, bundan sonra yol açılıb.

Erməni politoloq Tiqran Qriqoryan bildirib ki, Azərbaycan rusların əhval-ruhiyyəsinə toxunur.

“Laçın dəhlizinin özündə də yeni əməliyyatlar gözlənilir”, - deyə Qriqoryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Qarabağ  


Bizi "telegram"da izləyin